» » "Formula-1" ilə əlaqədar bəzi yol kəsişmələrində svetoforlara yeni siqnal əmri verilib

"Formula-1" ilə əlaqədar bəzi yol kəsişmələrində svetoforlara yeni siqnal əmri verilib


Bakı Nəqliyyat Agentliyinin (BNA) qərarı ilə paytaxtda keçiriləcək “Formula-1" Azərbaycan Qran Pri yarışı ilə əlaqədar iyunun 19-26-da aşağıda qeyd edilən küçə və prospektlərin kəsişmələrində quraşdırılan siqnal kontrollerlərinə "sarı döyünən işıq" və "svetoforun söndürülməsi" siqnal əmri tətbiq edilib.

BNA-dan ucarliyiq.biza daxil olan məlumata görə, "svetoforun söndürülməsi" siqnal əmri tətbiq edilən yol kəsişmələrinin siyahısı:

1. Azərbaycan pros.-Əziz Əliyev küç.

2. Əziz Əliyev küç. - Neftçilər pros.

3. Bülbül pros.- Neftçilər pr.

4. Üzeyir Hacıbəyov küç. - Rixard Zorge küç.

5. Üzeyir Hacıbəyov küç. - Aleksandr Puşkin küç.

6. Üzeyir Hacıbəyov küç. - Azadlıq pros.

7. Rəşid Behbudov küç. - Üzeyir Hacıbəyov küç.

8. Bülbül pros.- Üzeyir Hacıbəyov küç.

9. Rəşid Behbudov küç. - Zərifə Əliyeva pros.

10. Bülbül pros. - Zərifə Əliyeva küç.

11. Səməd Vurğun küç. - Zərifə Əliyeva pros.

12. Bülbül pros. - Əfsələddin Xəqani küç.

13. Rəşid Behbudov küç. - Əfsələddin Xəqani küç.

14. Azadlıq pros. - Əfsələddin Xəqani küç.

15. Aleksandr Puşkin küç. - Əfsələddin Xəqani küç.

16. Aleksandr Puşkin küç. - Nizami Gəncəvi küç.

"Sarı döyünən işıq" siqnal əmri tətbiq edilən yol kəsişmələrin siyahısı:

1. Üzeyir Hacıbəyov küç. - Keykab Səfərəliyeva küç.

2. Azadlıq pros. - Nizami Gəncəvi küç.

3. Bülbül pros.- 28 May küç.

4. 28 May küç. - Aleksandr Puşkin küç.

5. Bülbül pros. - Şəmsi Bədəlbəyli küç.

6. 28 May küç.- Keykab Səfərəliyeva küç.

7. 28 May küç.- Rixard Zorge küç.

8. Səməd Vurğun küç. - Üzeyir Hacıbəyov küç.

9. Bünyad Sərdarov küç.- Səid Rüstəmov küç.

scroll top