» » Fransa hökuməti istefaya göndərilib

Fransa hökuməti istefaya göndərilib

Fransa hökuməti istefaya göndərilib
© Courtesy İmage

Fransa hökuməti bazar günü baş tutan parlament seçkilərindən sonra istefaya gedib.

ucarliyiq.biz TASS-a istinadən xəbər verir ki, bu barədə Yelisey sarayına istinadən AFP məlumat yayıb.

Bildirilir ki, Fransa prezidenti Emmanuel Makron hökumətin istefasını qəbul edib.

Parlament seçkilərindən sonra hökumətin istefaya getməsi Fransada qanunvericilikdə yazılmayan gizli siyasi ənənədir. Yeni Nazirlər Kabinetinin yaxın vaxtlarda minimum kadr dəyişiklikləri ilə yenidən formalaşdırılacağı gözlənilir.

Parlament seçkilərində prezident Emmanuel Makronun "İrəli, Respublika" hərəkatı qələbə qazanıb.

scroll top