» » Meksika həbsxanasında 3 min dustaq qiyam qaldırıb

Meksika həbsxanasında 3 min dustaq qiyam qaldırıb

Meksika həbsxanasında 3 min dustaq qiyam qaldırıb
© Courtesy İmage

Bazar ertəsi Meksikanın Nuevo-Leon ştatında yerləşən böyük "Topo-Çiko" həbsxanasında iğtişaşla nəticələnən kütləvi etiraz aksiyası baş verib.

ucarliyiq.bizun xəbərinə görə, qiyama islah müəssisəsinin de-fakto bu yaxınlarda ora gəlmiş xüsusi təhlükəli cinayətkarın nəzarətinə keçəcəyi ilə bağlı yayılan şayiələr səbəb olub.

Regionun təhlükəsizlik qüvvələrinin rəsmi nümayəndəsi Aldo Suasua bildirib ki, qiyam və iğtişaşlarda 3 minə yaxın məhbus iştirak edib.

İğtişaş yatırılan zaman hüquq-mühafizə orqanları tərəfindən gözyaşardıcı qaz tətbiq olunub. İki məhbusun travma aldığı bildirilir.

Interesting facts scroll top