» » Azərbaycanda bank müştərilərinin kredit hesabları yenidən artmağa başlayıb

Azərbaycanda bank müştərilərinin kredit hesabları yenidən artmağa başlayıb

Azərbaycanda bank müştərilərinin kredit hesablarının sayı yenidən artaraq ilin əvvəlindəki göstəriciyə yaxınlaşıb.

ucarliyiq.biz bu barədə Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir.

Azərbaycanda bank müştərilərinin kredit hesabları cari il mayın 1-nə 2 302 805 ədədə çatıb. Bu da aylıq müqayisədə 64 398 ədəd və ya 2,88% artım, ilin əvvəlindən 1 780 ədəd və ya 0,08%, illik müqayisədə isə 488 961 ədəd və ya 17,51% azalma deməkdir.

Beləliklə, mayın 1-nə əsasən, müştəri hesablarının 14,7%-ni kredit hesabları, 2,5%-ni depozit hesabları və 82,7%-ni cari hesablar təşkil edib. Qeyd edək ki, cari ilin mayın 1-nə ölkədə bank müştərilərinin ümumi sayı 5 630 404 nəfər təşkil edib.

scroll top