» » "Morgan Stanley": OPEC-in yaxın zamanda hədəfə çatması çətin görünür

"Morgan Stanley": OPEC-in yaxın zamanda hədəfə çatması çətin görünür


"OPEC-in bütün səylərinə baxmayaraq, neft bazarında ehtiyatların normallaşma prosesi çox aşağı sürətlə gedir. Ehtiyatların son 5 ilin orta səviyyəsinə qədər azalması çətin hədəf kimi görünür. ABŞ-ın şist neft hasilatında fəallığın azalmaması durumunda neft hasilatının azaldılması ilə bağlı OPEC və ona daxil olmayan ölkələrin Vyana anlaşmasını 2018-ci ilin sonuna qədər uzatmaq lazım gələcək". ucarliyiq.biz xəbər verir ki, bu barədə ABŞ-ın "Morgan Stanley" bankının hesabatında bildirilir.

Hesabatda həmçinin qeyd edilir ki, dənizdə saxlanılan neftin həcmində artım may ayından bu günədək 800 min barel/gün olub. Quruda saxlanılan neftin həcmi isə may ayından etibarən 130 min barel/gün artıb. "Morgan Stanley" qlobal neft ehiyatlarının 2017-ci ildə azalacağını proqnozlaşdırır. Lakin ilin sonuna bu, son 5 ilin orta səviyyəsindən 140 mln. barel çox olacaq. Qeyd edək ki, hazırda qlobal neft ehtiyatları son 5 ilin orta səviyyəsindən 300-350 mln. barel çoxdur.

scroll top