» » Azərbaycanın kimya sənayesində məhsul istehsalı 22% artıb

Azərbaycanın kimya sənayesində məhsul istehsalı 22% artıb

Azərbaycanın kimya sənayesində məhsul istehsalı 22% artıb
© Report.az

Bu ilin yanvar-may ayları ərzində kimya sənayesində məhsul buraxılışı illik müqayisədə 22% artıb.

ucarliyiq.bizun Dövlət Statistika Komitəsinə istinadən verdiyi xəbərə görə, cari ilin 5 ayı ərzində 23,8 min ton propilen istehsal edilib. Bu həcmin isə 18,1 min tonu əmtəəlik məhsul olub. Hesabat dövründə propilen istehsalı əvvəlki ilin müvafiq dövrünə nisbətən 2,8% artıb.

Yanvar-may aylarında 46 min ton polietilen, 47,4 min ton etilen, 6 489,3 ton izopropil spirti, 70,3 min ton metanol (metil spirti), 3 815,0 ton lak-boya məmulatları, 3 452,9 ton sair üzvi kompozisiya həllediciləri və durulaşdırıcıları, 77,5 ton yod istehsal edilib.

Polietilen istehsalı ötən ilin müvafiq dövrünə nisbətən 5,1%, etilen istehsalı 5%, izopropil spirti istehsalı 46%, lak-boya məmulatlarının istehsalı 58%, yod istehsalı 1,4% artıb.

İlin yanvar-may ayları ərzində 9 227,1 min kubmetr azot istehsal edilib ki, bunun 250,8 min kubmetri əmtəəlik məhsul olub.

Hesabat dövründə 1 327,0 min kubmetr oksigen istehsal edilib ki, onun da 1 258,8 min kubmetri əmtəəlik məhsul olub.

Azot istehsalı 0,3%, oksigen istehsalı 69,7% azalıb.

scroll top