» » "Unibank" bayram kampaniyası keçirir

"Unibank" bayram kampaniyası keçirir


"Unibank" ASC Ramazan bayramı münasibəti ilə kampaniya keçirir. İyunun 23-dək "Unibank"ın məhsul və xidmətlərindən istifadə etmək istəyənləri bank filiallarında sürprizlər gözləyir. Bankın bayram münasibətilə hazırladığı hədiyyələrə kreditdə, faizdə, kartın qiymətində, alış-verişdə endirim və komissiyasız kredit daxildir.

ucarliyiq.biz-in Banka istinadən verdiyi xəbərə görə, Ramazan kampaniyasına hər kəs üçün komissiyasız kredit və üstəlik kreditin illik faiz dərəcəsinə 2%-dək endirim, "Albali Plus" kredit komissiyasına, "Albali Plus" debet qold və "Albali Plus" debet platinum kartlarının qiymətlərinə 50% endirim, depozit qutularına xidmət haqqına endirim - 2 aylıq ödənişlə 3 aylıq istifadə imkanı daxildir.

İyunun 23-28-də "Unibank" kartları ilə marketlərdə edilən alış-verişə əlavə 1 ay ödəmək imkanı, 3, 4 və 6 aylıq bütün hissəli alış-verişlərə bank tərəfindən də əlavə 3 ay hədiyyə ediləcək. Bundan başqa, partnyor mağazalarda xüsusi endirimlər olunacaq.

"Albali Plus" debet kartı cəmi 3 AZN/USD, "Unibank Mobile"dan sifariş zamanı isə 2 AZN/USD-dir.

"Unibank"ın filialları həftənin 5 günü nahar fasiləsi olmadan saat 09:00-dan 17:00-dək fəaliyyət göstərir. Banka gəlmədən də bank xidmətlərinin əksər hissəsindən "Unibank Mobile"ın köməyi ilə istifadə etmək, nağd kredit və kart sifarişini həyata keçirmək mümkündür.

scroll top