» » İstanbuldan Kazana uçan təyyarəni ildırım vurub

İstanbuldan Kazana uçan təyyarəni ildırım vurub


İstanbuldan Kazana uçan "Türk Hava Yolları"na məxsus təyyarəni ildırım vurub.

ucarliyiq.biz "Habertürk"ə istinadən xəbər verir ki, göyərtəsində 101 sərnişinin olduğu "Boeing 737-800" təyyarəsi Atatürk Beynəlxaql Hava Limanından uçuş həyata keçirdikdən az sonra hava gəmisini ildırım vurub.

Hava gəmisinin kapitanı qayıtmaq qərarı verib, lakin İstanbula eniş həyata keçirməmişdən əvvəl təyyarə artıq yanacaqdan qurtulmaq üçün havada bir neçə dövrə vurmalı olub.

Sərnişinlərdən heç kim xəsarət almayıb. Onlar aviaşirkətin başqa reysi ilə Kazana göndərilib.

Xatırladaq ki, iyunun 19-da KİV-də İstanbuldan Tbilisiyə uçan "Atlas global" aviaşirkətinə məxsus təyyarəni ildırım vurması ilə bağlı məlumata yayılıb.

Interesting facts scroll top