» » Neftin qiyməti 7 aylıq minimuma düşüb

Neftin qiyməti 7 aylıq minimuma düşüb


Bu gün beynəlxalq birjalarda "Brent" markalı neftin qiyməti son 7 ayın ən minimal səviyyəsi - 45,9 dollar/barelə kimi geriləyib. ucarliyiq.biz-in "Bloomberg" agentliyinə istinadən verdiyi xəbərə görə, buna səbəb Liviyada hasilatın artması və tankerlərdə yığılan neft ehtiyatlarının 2017-ci ilin maksimal həddinə çatması olub. Belə ki, Almaniyanın ən böyük neft-qaz şirkəti olan "Wintershall AG"-nin Liviyada ən azı iki neft sahəsində yenidən hasilata başladığı barədə xəbərlər yayılıb. Bununla yanaşı, Fransanın "Kpler SAS" neft ehtiyatlarında hərəkətləri təqib edən şirkətinin yaydığı məlumata görə, tankerlərdə toplanan neft ehtiyatları 111,9 mln. barelə çatıb.

Yayılan xəbərlər neft bazarında tarazlıq vəziyyətinin bərpa olunmasının çox çətin olduğunu göstərib və "Brent" markalı neft ucuzlaşmağa başlayıb. Dünənlə müqayisədə bu markadan olan neft hazırda 2,1% aşağı qiymətə satılır.

ucarliyiq.biz-in analitik qrupu bildirir ki, "Brent" markalı neft əvvəlcə 44 dollar/barel, bu səviyyədə dəstək almasa, daha sonra 42 dollar/barelə qədər geriləyə bilər.

scroll top