» » Şengen vizasının formatı dəyişdirilir

Şengen vizasının formatı dəyişdirilir


Avropa İttifaqı Şurası bu gün 1995-ci ilin qısamüddətli Şengen vizalarının vahid formatını tənzimləyən reqlamentinə dəyişiklik edilməsi barədə qərar qəbul edib.

Bu barədə ucarliyiq.biz "İnterfaks"a istinadən xəbər verir.

"Artıq 20 ildir dövriyyədə olan cari viza ştampı saxtakarlıq və fırıldaqçılıq səbəbi ilə ciddi risk altına düşüb", - Aİ Şurasının mətbuat xidmətindən qeyd ediblər.

Sənəddə deyilir ki, yeni qaydalar Aİ Şurası və Avropa Parlamenti tərəfindən çox güman iyulun əvvəlində qəbul ediləcək və bundan sonra Aİ-nin "Rəsmi jurnalında" dərc olunacaq.

scroll top