» » Funt sterlinq yenidən ucuzlaşmağa başlayıb

Funt sterlinq yenidən ucuzlaşmağa başlayıb


İngiltərə Mərkəzi Bankının (BoE) sədri Mark Karneyin (Marc Carney) açıqlamaları funt sterlinqin ucuzlaşmasına səbəb olub.

ucarliyiq.biz-in "Bloomberg" agentliyinə istinadən verdiyi xəbərə görə, M.Karney bugünkü açıqlamalarında "Brexit"in İngiltərə iqtisadiyyatına təsiri ilə bağlı narahatlığını ifadə edib.

Bununla yanaşı, baş bankir uçot dərəcəsinin artırılmasına tələsməyəcəklərini də bildirib. Açıqlamalardan sonra funt sterlinq dollarla müqayisədə 0,4% ucuzlaşaraq 1,2650 USD/GBP səviyyəsinə kimi geriləyib. Məzənnənin 1,24 USD/GBP səviyyəsinə qədər düşmə ehtimalı var.

scroll top