» » AZAL bu il dünyanın ən yaxşı 100 aviaşirkəti arasında yer alıb

AZAL bu il dünyanın ən yaxşı 100 aviaşirkəti arasında yer alıb


"Azərbaycan Hava Yolları" (AZAL) aviaşirkəti 2017-ci il üzrə dünyanın ən yaxşı 100 aviaşirkəti arasında 71-ci yeri tutub.

ucarliyiq.biz xəbər verir ki, reytinq siyahısını "Skytrax" konsaltinq şirkəti tərtib edib.

Siyahıya əsasən, "Qatar Airways" bu il dünyanın ən yaxşı aviaşirkəti seçilib. "Singapore Airlines" ikinci, Yaponiyanın ANA aviaşirkəti üçüncü olub. Həmçinin, aviaşirkətlərin "Top-5"liyinə "Emirates" və "Cathay Pacific" düşüb.

"Turkish Airlines" bu il reytinqdə 12-ci, Rusiyanın "Aeroflot" aviaşirkəti isə 30-cu sırada qərarlaşıb.

Xatırladaq ki, "Emirates" 2016-cı ildə ən yaxşı aviaşirkət seçilmişdi.

scroll top