» » Maliyyə Nazirliyi 25 mln. manatlıq istiqraz yerləşdirib

Maliyyə Nazirliyi 25 mln. manatlıq istiqraz yerləşdirib

Maliyyə Nazirliyi 25 mln. manatlıq istiqraz yerləşdirib
© Report.az

Bu gün Bakı Fond Birjasında (BFB) Maliyyə Nazirliyinin AZN nominallı, AZ0104014540 ISIN kodlu, 364 gün tədavül müddətli, 15 mln. manatlıq qısamüddətli dövlət istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.

ucarliyiq.biz BFB-yə istinadən xəbər verir ki, hərraca 11 investor 21 sifariş təqdim edib.

Sifarişlərin nominal üzrə ümumi məbləği 50 878 900 manat olub. Sifarişlər 85,6475 manat (16,8499%) – 89,3382 manat (11.9999%) qiymət intervalında təqdim edilib. Hərracın yekunları üzrə bağlanılmış əqdlərin kəsmə qiyməti 87,7784 manat (13,9999%), orta ölçülmüş qiyməti 88,236 manat (13,4058%) təşkil edib.

Bağlanılmış əqdlər üzrə hesablaşmalar sabah həyata keçiriləcək. İstiqrazların nominal qiymət üzrə reallaşdırılmış həcmi 15 mln. manat təşkil edib. Qiymətli kağızların ödəmə tarixi 19 iyun 2018-ci ildir.

Bu gün BFB-də həmçinin Maliyyə Nazirliyinin AZN nominallı, AZ0102013544 ISIN kodlu, 182 gün tədavül müddətli, 10 mln. manatlıq qısamüddətli dövlət istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilib. Hərraca 9 investor 17 sifariş təqdim edib. Sifarişlərin nominal üzrə ümumi məbləği 29 955 800 manat olub. Sifarişlər 92,2253 manat (16,9999%) – 94,39870 manat (16,9999%) qiymət intervalında təqdim edilib. Hərracın yekunları üzrə bağlanılmış əqdlərin kəsmə qiyməti 94,3099 manat (12,1668%), orta ölçülmüş qiyməti 94,3574 manat (12,0591%) təşkil edib.

Bağlanılmış əqdlər üzrə hesablaşmalar sabah həyata keçiriləcək. İstiqrazların nominal qiymət üzrə reallaşdırılmış həcmi 10 mln. manat təşkil edib. Qiymətli kağızların ödəmə tarixi 19 dekabr 2017-ci ildir.

scroll top