» » Rusiyada dollar sürətlə bahalaşır

Rusiyada dollar sürətlə bahalaşır


Rusiyanın nağd valyuta bazarında ABŞ dollarının məzənnəsi bu gün 59 rubl səviyyəsini ötüb. Bu (59,3 RUB/USD), son üç ayın maksimal həddidir.

ucarliyiq.biz xəbər verir ki, dolların bahalaşmasına səbəb neftin qiymətinin 2%-dən çox azalması olub.

Bununla yanaşı, dolların məzənnəsinin qlobal valyuta bazarında möhkəmlənməsi də Rusiyada dolların bahalaşmasına səbəb olan digər amil hesab edilir.

ucarliyiq.biz-in analitik qrupu yaxın günlərdə dolların qlobal valyuta bazarında bir qədər də bahalaşacağını, neft qiymətlərinin isə düşəcəyini proqnozlaşdırır. Nəticədə, dolların Rusiyada 60 RUB/USD həddini keçməsi gözlənilir. Bu da öz növbəsində Azərbaycan manatının cari məzənnəsinə təzyiqi artıracaq.

scroll top