» » Rusiyanın dövlət avroistiqrazlarına tələb 6 mlrd. dolları ötüb

Rusiyanın dövlət avroistiqrazlarına tələb 6 mlrd. dolları ötüb


Beynəlxalq bazarlara 2 tranşda təklif edilən Rusiya dövlət avroistiqrazlarına məcmu tələb 6 mlrd. ABŞ dollarını ötüb.

ucarliyiq.biz "Reuters"ə istinadən xəbər verir ki, Rusiya avroistiqrazlarına təkliflərin qəbulu bu gün axşam bitir.

Avroistiqrazlar 4,25% gəlirliliyə sahib 10 illik və 5,25% gəlirliliyə sahib 30 illik tranşlar halında yerləşdiriləcək.

Qeyd edək ki, Rusiyanın 2017-ci il dövlət büdcəsi haqqında qanununda xarici bazarlardan 3 mlrd. ABŞ dollarına qədər həcmdə borc almağa icazə verilir.

scroll top