» » ABŞ-da məşğulluq göstəricisi iyunda gözləntiləri üstələyib

ABŞ-da məşğulluq göstəricisi iyunda gözləntiləri üstələyib


ABŞ-da iyun ayı üzrə qeyri-kənd təsərrüfatı sektorunda məşulluq göstəricisi 222 min nəfər təşkil edib.

ucarliyiq.biz xəbər verir ki, analitiklər bu göstəricinin 179 min nəfər olacağını ehtimal edirdilər.

Məşğulluq göstəricisinin proqnozları üstələməsi ABŞ Federal Ehtiyat Sisteminin (FED) monetar sərtləşdirmə ilə bağlı qərarlarını daha rahat şəkildə verməsinə əsas olacaq. Göstəricinin açıqlanması dolların məzənnəsinin möhkəmlənməsinə səbəb olub. Qeyd edək ki, əsas valyuta cütlüyü olan avro/dollar məzənnəsi hazırda 0,33% azalaraq 1,1385 USD/EUR-a enib.

ucarliyiq.biz-in analitik qrupu dolların daha da möhkəmlənəcəyini və 1,10 USD/EUR səviyyəsinə qədər enəcəyini proqnozlaşdırır.

Bununla yanaşı, ABŞ-da iyun ayında aylıq müqayisədə əmək haqlarında artımla bağlı göstərici açıqlanıb. Gözləntilər artımın 0,3% olacağını göstərsə də, faktiki artım 0,2% təşkil edib. Həmçinin, işsizlik üzrə iyun rəqəmi açıqlanıb. İyunda ABŞ-da işsizlik 4,4% olub ki, bu da may ayındakı göstəricidən 0,1 faiz bəndi çoxdur.

scroll top