» » Türkiyənin iqtisadiyyat nazirinə Avstriyaya giriş qadağan edilib

Türkiyənin iqtisadiyyat nazirinə Avstriyaya giriş qadağan edilib

Türkiyənin iqtisadiyyat nazirinə Avstriyaya giriş qadağan edilib
© Sueddeutsche Zeitung

Avstriya Türkiyənin iqtisadiyyat naziri Nihat Zeybekçiyə Türkiyədəki dövlət çevrilişinə cəhdinin ildönümünə həsr olunmuş tədbirlərdə iştirak etmək üçün ölkə ərazisinə girişinə qadağa qoyub.

ucarliyiq.biz TASS-a istinadən xəbər verir ki, bu barədə Avstriya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi məlumat verib.

"Təsdiq edə bilərəm ki, xarici işlər naziri Sebastyan Kurts həqiqətən Türkiyənin iqtisadiyyat nazirinin ölkəyə girişini qadağan edib", - XİN rəsmisi qeyd edib.

Onun sözlərinə görə, türkiyəli nazirin bu cür tədbirlərə qatılması Avstriyada ictimai qaydaları və təhlükəsizliyi təhlükə altına sala bilərdi.

Qeyd edək ki, ötən həftə Hollandiya hökuməti Türkiyənin baş nazirinin müavini Tuğrul Tükreşin analoji anım tədbirlərində iştirak etmək üçün ölkəyə gəlişinin arzuolunmazlığını elan edib.

Interesting facts scroll top