» » Türkiyə prezidenti ABŞ-ın dövlət katibi ilə görüşüb

Türkiyə prezidenti ABŞ-ın dövlət katibi ilə görüşüb


Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ-ın dövlət katibi ReksTillerson ilə görüşüb.

ucarliyiq.biz Türkiyə KİV-inə istinadən xəbər verir ki, görüş İstanbuldakı "Tarabya" iqamətgahında keçirilib.

Danışıqların məzmunu barədə məlumat verilmir.

Qeyd edək ki, R.Tillerson buna qədər Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ilə görüşüb. Onlar Suriya münaqişəsini, Qətər və bir sıra ərəb dövlətləri arasında münasibətlərdəki böhranı, eləcə də terrorla mübarizə məsələlərini müzakirə ediblər.

scroll top