» » Türkiyənin cənubunda postun atəşə tutulması nəticəsində iki polis həlak olub

Türkiyənin cənubunda postun atəşə tutulması nəticəsində iki polis həlak olub

Türkiyənin cənubunda postun atəşə tutulması nəticəsində iki polis həlak olub
© Ria.ru

Türkiyənin cənubunda Hatay vilayətində, Suriya sərhədinə yaxın ərazidə polis postunun atəşə tutulması nəticəsində iki polis əməkdaşı həlak olub, biri yaralanıb.

ucarliyiq.biz RİA "Novosti"yə istinadən xəbər verir ki, hücum bazar günü axşam saatlarında Antakya-İsgəndərun şosesinin Anayazı bölgəsində nəqliyyat vasitələrinə baxış həyata keçirilərkən baş verib.

Atışma nəticəsində yaralanan 3 polisdən ikisi sonradan xəstəxanada keçinib. Olay bölgəsində hücum edənlərin neytrallaşdırılması istiqamətində əməliyyat keçirilir.

"Sabah" qəzetinin polis orqanlarındakı mənbələrinə istinadən yaydığı xəbərə görə, hücumda Türkiyədə qadağan edilən Kürd Fəhlə Partiyasının (PKK) üzvlərinin əli var.

Interesting facts scroll top