» » Cənub Qaz Dəhlizi layihəsi genişlənə bilər

Cənub Qaz Dəhlizi layihəsi genişlənə bilər

“Azərbaycanın təsdiq olunmuş təbii qaz ehtiyatları 2,6 trln. kubmetrdir və bu ehtiyatlar yaxın onilliklər ərzində həm region ölkələrini, həm də Avropa ölkələrini qazla təmin etməyə imkan verəcək”.

“Report” xəbər verir ki, bu açıqlama ilə Azərbaycan Prezidenti İlham Əliyev İstanbulda keçirilən XXII Dünya Netft Konqresində çıxış edib.

“Azərbaycan Cənub Qaz Dəhlizi kimi meqalayihə üzərində çalışır. Hazırda bu layihədə 7 ölkə iştirak edir. Amma gələcəkdə daha 3 Balkan ölkəsinin bu layihəyə qoşulması, layihənin miqyasının genişlənməsi mümkündür”, - deyə dövlət başçısı qeyd edib.

scroll top