» » Ərdoğan Qətər böhranının həlli üçün turne həyata keçirmək niyyətindədir

Ərdoğan Qətər böhranının həlli üçün turne həyata keçirmək niyyətindədir

Ərdoğan Qətər böhranının həlli üçün turne həyata keçirmək niyyətindədir
© Ria.ru

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Qətər böhranına cəlb olunmuş ölkələr - Qətər, Küveyt və Səudiyyə Ərəbistanı arasında siyasi dialoqun yaradılmasını təmin etmək üçün bu ölkələrə diplomatik turne həyata keçirmək niyyətindədir.

ucarliyiq.biz RİA "Novosti"yə xəbər verir ki, bu barədə R.T.Ərdoğan Hamburqdakı G20 sammitindən geri dönərkən təyyarənin göyərtəsində türkiyəli jurnalistlərə bildirib.

"Ola bilsin, iyulun 15-dən sonra diplomatik turneyə çıxdım. Türkiyə bölgədə dialoqun bərpa edilməsinə kömək edə bilər", - Türkiyə prezidenti qeyd edib.

Onun sözlərinə görə, regiona planlaşdırılan səfər vasitəçilik cəhdi kimi dəyərləndirilməməlidir, çünki vasitəçi rolunu artıq Küveyt üzərinə götürüb, Türkiyə bu səyləri yalnız dəstəkləyir.

R.T.Ərdoğan bu məsələni ABŞ prezidenti Donald Tramp və Rusiya prezidenti Vladimir Putin ilə müzakirə etdiklərini, söhbətləşdiyi bütün G20 ölkələri liderlərinin böhranın həllində maraqlı olduğunu bildirib.

Interesting facts scroll top