» » "Brand Credit"in Müşahidə Şurasının sədri işdən çıxıb

"Brand Credit"in Müşahidə Şurasının sədri işdən çıxıb

"Brand Credit"in Müşahidə Şurasının sədri işdən çıxıb

"Brand Credit" MMC bank olmayan kredit təşkilatının (BOKT) Müşahidə Şurasının sədri Niyazi Şaiq oğlu Vəliyev işdən çıxıb.

Bu barədə ucarliyiq.biza BOKT-dan bildirilib.

Məlumata görə, onun yerinə hələ ki, təyinat olmayıb.

Qeyd edək ki, N.Vəliyev vaxtilə, hazırda ləğvetmə prosesində olan "Dekabank" ASC-nin İdarə Heyətinin sədri olub. O, həm də "Brand Credit"in 47%-lik təsisçisidir. 2011-ci ildə yaradılmış və nizamnamə kapitalı 900 min manat olan BOKT-un digər təsisçiləri yenə də 47%-lik payla Şaiq Vəli oğlu Vəliyev və 6%-lik payla Şəbnəm Rafiq qızı Vəliyevadır.

scroll top