» » Avropa müsəlmanları terrorizmə qarşı marş təşkil edib

Avropa müsəlmanları terrorizmə qarşı marş təşkil edib


Avropanın müxtəlif ölkələrinin din xadimləri "Müsəlmanların terrorizmə qarşı marşı"nı təşkil edib.

ucarliyiq.biz "Euronews"a istinadən xəbər verir ki, aksiyanın təşəbbüskarı fransız-tunisli din xadimi, İslam fundamentalizminin tanınmış tənqidçisi, dinlər və mədəniyyətlərarası dialoqun tərəfdarı olan Hassen Şalqumi olub.

Aksiyanın məqsədi avropalılara terrorçuların əsl İslamla heç bir əlaqəsinin olmadığını çatdırmaq olub.

Avropa üzrə marşda iştirak edən din xadimlərini daşıyan avtobus artıq Berlinə çatıb. Aksiya iştirakçıları ötən il dekabrın 19-da Tunisdən olan Anis Əmrinin 12 nəfəri öldürdüyü yerə baş çəkib.

Müsəlmanlarla yanaşı, xristianlar, yəhudilər və ateistlərin də iştirak etdiyi marş Berlindən sonra terror hücumları qeydə alınan digər məkanlara, o cümlədən Brüssel, Paris, Nitsa və Londona istiqamət alacaq.

Aksiya iyulun 14-dək davam edəcək.

scroll top