» » "Azərenerji" I yarımillikdə enerji ixracını 4 dəfə artırıb

"Azərenerji" I yarımillikdə enerji ixracını 4 dəfə artırıb

"Azərenerji" I yarımillikdə enerji ixracını 4 dəfə artırıb

Bu ilin yanvar-iyun aylarında Azərbaycan xarici ölkələrə 25 098,74 min ABŞ dolları dəyərində elektrik enerjisi satıb.

ucarliyiq.biz Dövlət Gömrük Komitəsinə (DGK) istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 18 835,34 min dollar yaxud 4 dəfə çoxdur.

İlin ilk yarısında ixrac edilmiş elektrik enerjisinin həcmində də müsbət dinamika müşahidə edilib. Belə ki, xarici ölkələrə 854 427,36 min kVt/saat elektrik enerjisi satılıb, bu da 2016-cı ilin müvafiq aylarına nisbətən 434 804,60 min kVt/saat yaxud 3,9 dəfə çoxdur.

Hesabat dövründə elektrik enerjisi ixracı Azərbaycanın ümumi ixracının 0,48%-ni təşkil edib.

Interesting facts scroll top