» » Boyko Borisov: "Azərbaycan qazının tədarükü Bolqarıstan üçün prioritetdir"

Boyko Borisov: "Azərbaycan qazının tədarükü Bolqarıstan üçün prioritetdir"


"Azərbaycan qazının tədarükü və "Balkanlar" qaz qovşağının tikintisi enerji sahəsində Bolqarıstan üçün prioritetdir".

ucarliyiq.biz Bolqarıstan KİV-inə istinadən xəbər verir ki, bunu ölkənin Baş naziri Boyko Borisov İstanbulda keçirilən XXII Dünya Neft Konqresində çıxışı zamanı deyib.

Onun sözlərinə görə, Bolqarıstanın gələcəyi qaz ticarəti və tranzitinin diversifikasiyası üçün şərait yaradacaq "Balkanlar" Avropa qaz qovşağının tikintisindən asılıdır.

"Balkanlar"a qədər qaz nəql edəcək üç mənəbə var. Üstəlik, Rumıniyadan gələ biləcək, eləcə də Rusiyadan gələ biləcək qaz var. Həmçinin Azərbaycandan 1 milyard kubmetr qaz tədarükü ilə bağlı razılığa gəlmişik", - o bildirib.

B.Borisov bu gün çoxlarının Xəzər dənizindən qaz tədarükünə bel bağladığını vurğulayıb.

"Bolqarıstan və Serbiyadan keçməklə yeni nəqliyyat dəhlizləri - TAP, TANAP, eləcə də onların həyata keçirilməsi üzərində tez və fəal işləyirik", - baş nazir qeyd edib.

Hökumət başçısı həmçinin vurğulayıb ki, hazırda Bolqarıstanda qaz anbarlarının genişləndirilməsi üzrə aktiv iş gedir. O, Balkanlarda qaz ötürülməsi üçün kompressor stansiyalarının 80%-nin məhz Bolqarıstanda yerləşdiyini əlavə edib.

Interesting facts scroll top