» » “Teleradio” İstehsalat Birliyinin zərəri azalıb

“Teleradio” İstehsalat Birliyinin zərəri azalıb


Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında “Teleradio” İstehsalat Birliyi 2016-cı ilin yekunu ilə bağlı maliyyə hesabatını açıqlayıb.

“Report” xəbər verir ki, hesabata əsasən, birliyin cəmi aktivləri ötən il 5,25% azalaraq bu il yanvarın 1-nə 17,571 mln. manat təşkil edib.

2016-ildə rabitə müəssisəsinin cəmi kapitalı 7,6% azalaraq 15,621 mln. manat, cəmi öhdəlikləri isə 8% artaraq 1,95 mln. manat olub.

Ötən il “Teleradio” İB-nin əsas gəlirləri 9,113 mln. manat (əvvəlki ilə nisbətən 10,3% az), göstərdiyi xidmətlərin maya dəyəri 8,332 mln. manat (8,4% az), inzibati və sair əməliyyat xərcləri 2,095 mln. manat (25,4% az), sair gəlirləri 203 min manat (14,6% çox), maliyyə gəlirləri təxminən 3 min manat (97% az), maliyyə xərcləri isə təxminən 11 min manat (22,9% çox) təşkil edib. Son nəticədə qurumun xalis zərəri 1,119 mln. manat olub ki, bu da illik müqayisədə təxminən 28% azdır.

scroll top