» » Neftin qiyməti Novakın açıqlamaları ilə geriləyir

Neftin qiyməti Novakın açıqlamaları ilə geriləyir


Dünya bazarında neftin qiyməti Rusiyanın energetika naziri Aleksandr Novakın bugünkü açıqlamalarından sonra azalmağa başlayıb.

ucarliyiq.biz RİA "Novosti" agentliyinə istinadən xəbər verir ki, bu gün İstanbulda keçirilən XXII Dünya Neft Konqresində iştirak edən rusiyalı nazir jurnalistlərə açıqlanamsında OPEC və ona üzv olmayan ölkələrin neft hasilatının azaldılması ilə bağlı anlaşmasından çıxışın məqsədəuyğun olduğunu və bunun bir neçə ay zaman alacağını deyib: "Bu qərar hasilatın tədricən bərpa edilməsi anlamına gəlir. Bu, nazirlərin görüşündə müzakirə olunmalıdır".

Qeyd edək ki, Novakın açıqlamalarından sonra "Brent" markalı neftin qiyməti 1,2% azalaraq 46,15 dollar/barelə düşüb.

ucarliyiq.biz-in analitik qrupu iyulun 12-də ABŞ-ın neft ehtiyatları və neft hasilatı ilə bağlı göstəricilərin açıqlanmasından sonra qiymətlərin bir qədər də düşə biləcəyini və 42 dollar/barelə çata biləcəyini istisna etmir. Qiymətlərin yüksəlməsi üçün iyulun 24-də Sankt-Peterburq şəhərində keçiriləcək neft hasil edən ölkələrin neft nazirlərinin sammitində önəmli qərarın qəbul olunması vacibdir. Son əldə olunan məlumatlara görə, sammitdə son aylar hasilatı sürətlə artıran Liviya və Nigeriyanın da anlaşmaya qoşulması məsələsi müzakirə ediləcək. Qeyd edək ki, bu iki ölkə OPEC+ anlaşmasından azad olunub. Belə ki, onlar ölkələrində baş verən siyasi problemlər səbəbindən son illər hasilatı xeyli dərəcədə azaltmışdılar.

scroll top