» » SKMF Qubada sahibkarlardan investisiya layihələrinin qəbuluna başlayıb

SKMF Qubada sahibkarlardan investisiya layihələrinin qəbuluna başlayıb


İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu (SKMF) Quba rayonunda sahibkarlardan prioritet hesab olunan sahələr üzrə investisiya layihələrinin qəbuluna başlayıb.

“Report” nazirliyə istinadən xəbər verir ki, fond iş adamlarından intensiv bağçılıq, cins heyvandarlıq və arıçılıq təsərrüfatlarının yaradılması, meyvə-tərəvəz emalı, qablaşdırma materialı istehsalı və meyvəqurutma müəssisələrinin, eləcə də otelin yaradılması istiqamətlərində investisiya layihələrinin maliyyələşdirilməsi üçün təkliflərin qəbulu məqsədəuyğun hesab edib.

Sahibkarlar müvəkkil kredit təşkilatları vasitəsilə SKMF-yə müraciət edə bilərlər.

Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Abbas Mirzə Şərifzadə küçəsi, 172;

Telefon: (012) 434-74-29

Faks: (012) 432-37-17

e-poçt: info@anfes.gov.az

scroll top