» » İEA rəhbəri: "ABŞ neft-qaz hasilatında dünya liderinə çevrilib"

İEA rəhbəri: "ABŞ neft-qaz hasilatında dünya liderinə çevrilib"


"ABŞ həm neft, həm də qaz hasilatında dünya liderinə çevrilib."

ucarliyiq.biz "Bloomberg" agentliyinə istinadən xəbər verir ki, bu açıqlama Beynəlxalq Energetika Agentliyinin (İEA) rəhbəri Fatih Birol tərəfindən XXII Dünya Neft Konqresində verilib.

O bildirib ki, ABŞ-ın neft və qaz hasilatında dünya liderinə çevrilməsi şist neft və şist qaz hesabına olub: "Hazırda ABŞ Qətərdən 2 dəfə çox qaz hasil edir. ABŞ yaxın zamanda öz ehtiyacını ödəyərək ixraca başlayacaq. ABŞ-ın şist neft hasilatı isə İraqın neft hasilatı səviyyəsinə çatıb. ABŞ-ın neft hasilatının artması neft qiymətlərinə təzyiq yaradır. OPEC təklifi azaldacaq qərarlar alsa da ABŞ neft bazarında bolluq yaradıb və bu vəziyyətin davam edəcəyi proqnozlaşdırılır."

scroll top