» » "Saudi Aramco" neft hasilatına 300 mlrd. dollar investisiya qoyacaq

"Saudi Aramco" neft hasilatına 300 mlrd. dollar investisiya qoyacaq

"Saudi Aramco" neft hasilatına 300 mlrd. dollar investisiya qoyacaq

Dünyanın ən böyük neft şirkətlərinədən biri olan Səudiyyə Ərəbistanının "Saudi Aramco" şirkəti yaxın 10 ildə neft hasilatına 300 mlrd. ABŞ dolları invesitisya qoyacağını bildirib.

ucarliyiq.biz Vestifinance.ru" saytına istinadən xəbər verir ki, bu barədə şirkətin baş direktoru Amin Nasser İstanbulda keçirilən XXII Dünya Neft Konqresində açıqlama verib.

Şirkət rəhbərəi həmçinin deyib ki, investisiyalar yalnız hasilata deyil, o cümlədən ehtiyat gücünün artırılması və kəşfiyyat işlərinə yönəldiləcək. Bununla yanaşı, şirkət yaxın 10 il ərzində qaz hasilatını 650 mln. kub metr/günə çatdırmağı, həmçinin elektrik enerjisinin 70%-ni bu yanacaq növündən əldə etməyi planlaşdırır.

"Saudi Aramco"nun rəhbəri neft sektorunun hələ uzun müddət dünya energetikasında əsas rol oynayacağını qeyd edib. O, alternativ enerjiyə keçidin çətin və uzun müddətli olacağını söyləyib.

Interesting facts scroll top