» » “Bookmate” istifadəçiləri 15000 nəfəri keçib

“Bookmate” istifadəçiləri 15000 nəfəri keçib


"Azercell Telekom" MMC-nin mütaliə sevərlər üçün təqdim etdiyi “Bookmate” layihəsinraq getdikcə artmaqdadır.

"Azercell"dən ucarliyiq.biza daxil olan məlumata görə, şirkətin təqdim etdiyi bu unikal xidmətdən yararlanan aktiv abunəçilərin sayı artıq 15 000-i keçib. Eyni zamanda 3 000-dən çox ödənişsiz sınaq müddətindən istifadə edən istifadəçi bazası formalaşıb.

“Bookmate”ə olan marağı nəzərə alan şirkət xidməti daha da təkmilləşdirərək abunəçilərinə təqdim edib. Belə ki, indi kitabxanada kitabların axtarışı daha rahat və daha dəqiq şəkildə istifadəçilərin ixtiyarına verilib. Bundan əlavə, kitab müəllifləri haqqında qısa məlumatlar kitabxanada öz əksini tapıb. Edilən daha bir yenilik isə oxucunun özü ilə bağlıdır. İndi hər bir oxucu oxuduğu kitabların sayını və kitab səhifələrini dostlarının nəticələri ilə müqayisə edə bilər. Mobil kitabxanaya Anar Qasımov, Qurban Səid, Patrik Suskind, Qabriel Qarsia Markes, Kobo Abe, Oşo, Koko Moyes, Cim Ron, Ameli Notomb, Henri Böll kimi müəlliflərin yeni əsərləri daxil olub.

Qeyd edək ki, “Bookmate” minlərlə kitabı elektron cihaz üzərindən oxumaq üçün yaradılmış mobil tətbiqdir. Bu xidmət telefonda, planşetdə və kompüterdə maraqlı əsərləri tapıb oxumağın ən rahat yoludur. "Azercell"in güzəştli qiymətlə təqdim etdiyi mobil kitabxanada 800 000-dən artıq kitaba çıxış təmin olunub. “Bookmate” mobil kitabxanasına aylıq cəmi 3,50 AZN ödəməklə, oxucular yalnız xarici ədəbiyyatla deyil, azərbaycanlı müəlliflərin əsərləri ilə də tanış ola bilərlər. Abunəçinin "Bookmate" əlavəsini "Apple Store" və ya "Google Play"dən endirdiyi halda 11,80 azn ödəyir, "Azercell" üzərindən yüklədikdə isə istifadə haqqı cəmi 3,50 azn təşkil edir, bu da "Azercell" abunəçiləri üçün 70%-əqədər qənaət deməkdir.

Əlavəni yükləyən hər bir yeni abunəçi “Bookmate"dən 1 həftə ərzində pulsuz istifadə etmək imkanı qazanır. Qeyd edək ki, danışıq balansından ödəniş imkanı abunəçilər üçün vaxt itirmədən, heç bir kredit kartından istifadə etmədən elektron kitabxanadan rahat şəkildə yararlanmaq imkanı verir. Xidmətin ən mühüm üstünlüklərindən biri “Bookmate” kitabxanasında kitab oxumaq üçün daimi internetə ehtiyacın olmamasıdır. Çünki yüklənən kitabı istənilən vaxt, istənilən yerdə, məsələn, metroda və təyyarədə oxumaq mümkündür. Həmçinin, əlinizin altında olan cihazın – smartfon, planşet və ya kompüter olmasının fərqi yoxdur. Çünki kitab cihaza yox, sizin şəxsi kitabxananıza əlavə edilir.

Qeyd edək ki, “Bookmate” Android, iOS əməliyyat sistemləri üzərindən işləyir. Bundan əlavə, www.bookmate.com saytına da daxil olmaqla abunəçilər kitabları oxuya və ya öz mobil cihazlarına əlavə edə bilərlər. Xidmət haqqında ətraflı məlumat və qoşulma qaydalarını www.azercell.com/bookmate səhifəsindən əldə etmək mümkündür.

Interesting facts scroll top