» » Türkiyə "Türk axını"nın maliyyələşdirilməsinə dair "Qazprom"la razılığa gəlib

Türkiyə "Türk axını"nın maliyyələşdirilməsinə dair "Qazprom"la razılığa gəlib


Türkiyə öz ərazisində "Türk axını"nın maliyyələşdirilməsi üzrə Rusiyanın "Qazprom" şirkəti ilə razılıq əldə edib.

ucarliyiq.biz xəbər verir ki, bu barədə Türkiyənin "Botas" dövlət boru kəməri şirkətinin baş direktoru Burhan Özcan bazar ertəsi İstanbulda keçirilən 22-ci Dünya neft konqresinin meydanlarında RİA "Novosti"yə bildirib.

"Biz onlarla bu məsələ ilə bağlı artıq razılığa gəlmişik. Lakin mən hər hansı bir rəqəm – bunu hansı faiz nisbətində edəcəyimizi açıqlaya bilmərəm", - deyə o bildirib.

Onun sözlərinə görə, "Türk axını"nın ikinci qolu üzrə icazə alınması prosesi müsbət tərzdə davam edir, orada heç bir sualtı maneə yoxdur".

O, həmçinin qaz kəmərinin Türkiyənin hansı rayonunda quruya çıxarılacağına dair suala cavab verib:

"Razılıq əldə olundu ki, çıxış Frakiya vilayətinin Kıyıköy rayonundan (Türkiyənin Avropa hissəsi) olsun və müxtəlif şayiələrə baxmayaraq, bu coğrafiyada heç bir dəyişiklik yoxdur. Lakin çıxışın məhz bu yaşayış məntəqəsində və ya haradasa yaxınlıqda olacağını indi demək olmaz. Orada həm quruda, həm də dəniz tərəfdən mühəndis işləri davam edir, burada heç bir problem yoxdur", - deyə Özcan bildirib.

scroll top