» » Dünya Bankı: Müharibə Suriyaya 226 milyard dollara başa gəlib

Dünya Bankı: Müharibə Suriyaya 226 milyard dollara başa gəlib


Dünya Bankının analitikləri Suriyadakı vəziyyətlə bağlı hesabat hazırlayıblar.

ucarliyiq.biz xəbər verir ki, onlar müharibənin ölkəyə vurduğu ziyanı hesablayıblar.

2011-ci ildən Suriyada başlayan hərbi əməliyyatlar ölkə iqtisadiyyatına 226 milyard dollar məbləğində ziyan vurub.

"İnfrastrukturun dağıdılmasından çox, sosial-iqtisadi əlaqələrin pozulması ölkəyə böyük ziyan vurub", - deyə bankın analitikləri hesab edirlər.

Müharibədən əvvəl Suriya ÜDM-i 60,2 milyard dollar təşkil edirdisə, indi bu göstərici 24 milyarddan çox deyil.

Interesting facts scroll top