» » Yaponiyada daşqın qurbanlarının sayı 25 nəfərə çatıb

Yaponiyada daşqın qurbanlarının sayı 25 nəfərə çatıb


Yaponiyanın cənub-qərbində yerləşən Küsü regionunda daşqınlar nəticəsində 25 nəfər həlak olub.

ucarliyiq.biz xəbər verir ki, bu barədə NHK məlumat yayıb.

Qeyd olunur ki, təbii fəlakət nəticəsində onlarla insan itkin düşmüş sayılır.

Dövlət Torpaq, İnfrastruktur, Nəqliyyat və Turizm Nazirliyinin məlumatına görə, torpaq sürüşməsi zərər çəkmiş regionun 44 yerində qeydə alınıb. Həmçinin 35 məntəqədə çay daşqını qeydə alınıb.

Bundan əvvəl, 18 nəfərin öldüyü bildirilirdi.

Interesting facts scroll top