» » Donald Tramp İvankaya görə Hillari Klintonun qızı ilə "sözləşib"

Donald Tramp İvankaya görə Hillari Klintonun qızı ilə "sözləşib"


Donald Tramp və ABŞ-ın keçmiş prezidenti Bill Klintonun və son prezident seçkilərində Trampa rəqib olmuş Hillari Klintonun qızı Çelsi Klinton "Twitter"də bir-birinin ünvanına tikanlı sözlər yazıb.

ucarliyiq.biz BBC-yə istinadən xəbər verir ki, hər şey D.Trampın G20 sammitində sessiyalardan birində qısa müddətə iclası tərk edərkən yerinə qızının oturmasına icazə verməsi məsələsi ətrafında baş verib.

Belə ki, ABŞ prezidenti "Twitter"də qızının yerinə oturmasını standart prosedur olduğunu qeyd edib. O əlavə edib ki, analoji addımı Hillari Klinton (Tramp son seçkilərdə məhz H.Klintonu üstələyib - red.) atsaydı, KİV "Çelsi prezident olsun" deyə məqalələr tirajlayardı.

Buna cavab olaraq, Çelsi Klinton valideynlərinin heç vaxt belə addım atmayacağını bildirib.

Xatırladaq ki, İvanka Tramp Hamburqda "Böyük iyirmiliy"in sammitində Afrikaya həsr olunmuş sessiyanın gedişində prezidentin İndoneziya dövlət başçısı Coko Vidodo ilə danışıqlar aparmaq üçün qısa müddətə iclası tərk etdiyi anda atasının yerinə əyləşib. Atasının yerinə əyləşən zaman İ.Tramp Böyük Britaniyanın baş naziri Tereza Mey və Çin Xalq Respublikasının sədri Si Tszinpin ilə yanaşı oturub.

scroll top