» » "Bank of Baku" biznes kart sahibləri üçün yeni kampaniya keçirir

"Bank of Baku" biznes kart sahibləri üçün yeni kampaniya keçirir


“Bank of Baku”ASC-nin “İşkart” biznes kart sahibləri www.e-pul.az onlayn ödəniş portalı vasitəsilə etdikləri ödənişlərə görə üçqat bonus qazanacaqlar.

“Report”un Banka istinadən verdiyi xəbərə görə, kampaniya iyulun 31-dək davam edəcək.

Kampaniya şərçivəsində “İşkart” istifadəçiləri https://www.e-pul.az/ portalında kommunal xidmətlər, mobil operator və telefon şəbəkələri, internet və TV-provayderlər və digər xidmətlərin ödənişini etməklə qazanacaqları bonusların sayını 3 dəfəyə qədər artıra biləcəklər. "İşkart" sahibləri, daha sonra yığılmış bonusları real vəsaitəyə çevirərək, www.e-pul.az portalındakı növbəti ödənişlərində istifadə edə, xüsusi endirimlər qazana və ya hədiyyələr ala bilərlər.

Qeyd edək ki, kampaniya bank və sığorta xidmətlərinin ödənişinə şamil edilmir.

scroll top