» » Məktəbli Pentaqon rəhbərinin telefon nömrəsini qəzetdən taparaq ondan müsahibə alıb

Məktəbli Pentaqon rəhbərinin telefon nömrəsini qəzetdən taparaq ondan müsahibə alıb

Məktəbli Pentaqon rəhbərinin telefon nömrəsini qəzetdən taparaq ondan müsahibə alıb
© Washington Post

Amerikalı məktəb şagirdi Teddi Fişer təsadüfən qəzetdə Ceyms Mattisin telefon nömrəsini görüb və ondan təxminən 45 dəqiqə davam edən müsahibə alıb.

ucarliyiq.biz "İnterfaks"a istinadən xəbər verir ki, yeniyetmə nömrəni "Washington Post" qəzetində gedən yazıdakı şəkildə görüb. Həmin məqalədəki şəkildə Donald Trampın əlində sənədlər olan mühafizəçisi əks olunub. Vərəqlərdən birinin üzərində Mettisin adı və telefon nömrəsi əks olunub. Sonradan şəkli nəşrin saytından çıxarıblar.

"Əmin olmaq üçün ona zəng etdim. Çünki mənə maraqlı gəlirdi. Həqiqətən onun səsi idi", - təşəbbüskar şagird bildirib.

O, müsahibə almaq xahişi ilə Mettisə mesaj göndərib və Pentaqon rəhbəri ona zəng edib. Tərəflər təxminən 45 dəqiqə ABŞ-ın xarici və daxili siyasət məsələlərini müzakirə ediblər.

Daha sonra Pentaqon rəhbəri ilə müsahibə məktəb qəzetində dərc olunub.

scroll top