» » Proqnoz: Bitkoinin qiyməti 55 min dollara yüksələcək

Proqnoz: Bitkoinin qiyməti 55 min dollara yüksələcək


Yaxın zamanlarda bitkoinə investisiyalar populyarlığına görə qızılı üstələyəcək və onun qiyməti 20 000 ABŞ dollarına çatacaq. ucarliyiq.biz-in "Forexpf.ru" saytına istinadən verdiyi xəbərə görə, belə bir proqnozla "Wall Street"in (ABŞ fond birjalarının) əsas strategiya mütəxəssislərindən biri, "Fundstrat Global Advisors" konsaltinq şirkətinin qurucusu Tomas Li (Thomas Lee) çıxış edib. T.Li bildirib ki, 2022-ci ilə kimi bitkoinin qiyməti hətta 55 000 dollara yüksələcək.

Analitik hesab edir ki, son illərdə həddindən artıq bahalaşan ABŞ fond birjasındakı səhmlərin qiyməti ucuzlaşmağa başlayacaq. Bu da öz növbəsində məhdud sayda emissiya olunmuş bitkoinlərə marağı kəskin artıracaq. Bitkoini qızıl ilə müqayisə edən Li bildirib ki, hazırda qızıl hasilatının sürətlə artdığını nəzərə alsaq, investorların marağının yaxın illərdə qızıldan bitkoinə doğru keçid alacağını ehtimal etmək olar.

scroll top