» » ATƏT DTİHB: Ermənistan seçkilərində seçici səslərinin rüşvətlə alınmasının qarşısını almaq üçün tədbirlər görməlidir

ATƏT DTİHB: Ermənistan seçkilərində seçici səslərinin rüşvətlə alınmasının qarşısını almaq üçün tədbirlər görməlidir


ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun (DTİHB) Ermənistan hökumətinə seçkilərində seçici səslərinin rüşvətlə alınmasının qarşısını almaq üçün tədbirlər görməyi məsləhət görür.

ucarliyiq.biz Ermənistan KİV-inə istinadən xəbər verir ki, bu barədə təşkilatın bu il aprelin 2-də Ermənistanda keçirilən parlament seçkiləri üzrə yekun hesabatında bildirilir.

"İctimaiyyətin seçki prosesində etimad göstərməməsini nəzərə alaraq, ümumiyyətlə, siyasi partiyalara seçicilərin rüşvətlə alınmasının qarşısını almaq üçün tədbirlər görməyi, vətəndaşlara təzyiqlər göstərməyi məsləhət görürük", - hesabatda deyilir.

ATƏT DTİHB, həmçinin fiziki qüsurlu insanların seçki prosedurlarına çıxış imkanlarının genişləndirilməsi üzrə səylərin gücləndirilməsini təklif edir, eləcə də KİV nümayəndələrinin davranışı üçün dəqiq prinsiplər müəyyənləşdirməyi, medianın monitorinq metodologiyasının yaxşılaşdırılmasını tövsiyə edir.

Interesting facts scroll top