» » "Kapital Bank" bölgədə yeni şöbəsini istifadəyə verib

"Kapital Bank" bölgədə yeni şöbəsini istifadəyə verib


“Kapital Bank” ASC filial şəbəkəsinin optimallaşdırılması layihəsi çərçivəsində Masallı şəhəri, M.Talışxanov prospektində yerləşən "ASAN" Həyat Kompleksi daxilində yeni şöbəsini istifadəyə verib. Bu barədə “Report”a Bankdan məlumat verilib.

Müştərilər eyni zamanda həm "ASAN Xidmət" mərkəzində, həm də "ASAN" Həyat Kompleksi daxilində yerləşən yeni konsepsiya əsasında təmir edilən şöbədə müasir bank xidmətlərindən faydalana bilərlər. Şöbə həftə içi saat 09:00-dan 19:00-dək, həftə sonu isə 09:00-dan 16:00-dək fəaliyyət göstərəcək.

“Kapital Bank”ın yeni şöbəsi müştərilərə hesablaşma-kassa əməliyyatları, əmanətlər, plastik kartlar, pul köçürmələri, kommunal, rabitə və digər xidmətlərin ödənişləri, valyuta mübadiləsi və s. xidmətlər təklif edir.

Qeyd edək ki, cari ildə daha bir sıra şəhər və region filiallarının yeni konsepsiyaya uyğun əsaslı təmiri, yeni filial və şöbələrin açılması planlaşdırılır. Azərbaycanda ən böyük filial şəbəkəsinə malik olan “Kapital Bank” 92 filialı və 7 şöbəsi ilə müştərilərin xidmətindədir.

Interesting facts scroll top