» » Proqnoz: Neftə olan tələbat III rübdə artacaq

Proqnoz: Neftə olan tələbat III rübdə artacaq


Dünya bazarına neftə olan cari tələbat 2017-ci ilin III rübündə arta bilər. ucarliyiq.biz-in "TASS" agentliyinə istinadən verdiyi xəbərə görə, belə bir proqnozla Rusiyanın energetika naziri Aleksandr Novak "CNBC" telekanalına müsahibəsində çıxış edib. A.Novak bildirib ki, III rüb neft qiymətləri üçün əhəmiyyətli olacaq.

"Ölkələr neft bazarında zəruri olan həcmdən artıq neftdən qurtulmaq istəyir. Bu proses tez olmur. Vəziyyəti izləmək lazımdır. Əminik ki, III rüb göstəricisi əhəmiyyətli olacaq. Bu dövrdə tələb artacaq və artıq 1,8 mln. barel/gün neftdən qurtulmaq mümkün olacaq", - deyə nazir qeyd edib.

A.Novak əlavə edib ki, neft bazarında qiymət böhranı hələ bitməyib, amma OPEC anlaşmasının effektivliyi artıq müşahidə olunur. Vəziyyət 6 ay əvvələ nisbətən daha yaxşıdır. Qlobal neft tələbi isə tam olaraq 2018-ci ildə bərpa olunacaq.

scroll top