» » İŞİD əl-Bağdadinin ölümünü təsdiqləyib

İŞİD əl-Bağdadinin ölümünü təsdiqləyib


İŞİD terror qruplaşması liderinin - Əbu Bəkr əl-Bağdadinin ölüm xəbərini təsdiq edib.

ucarliyiq.biz xəbər verir ki, bu barədə İraqın "Alsumaria" telekanalı məlumat yayıb.

Kanalın məlumata görə, terrorçular qısa bəyanatla çıxış edib, liderlərinin ölüm xəbərini təsdiqləyiblər. Eyni zamanda, telekanalın anonim mənbəyi bildirib ki, İŞİD-in bəyanatında əl-Bağdadinin varisinin seçildiyi də qeyd olunub, amma ad çəkilməyib.

Qeyd edək ki, əl-Bağdadinin ölümü ilə bağlı məlumatlar KİV-də dəfələrlə, o cümlədən iyunun əvvəlində yayılıb. Ehtimal olunur ki, qruplaşma rəhbəri Rəqqaya aviahücum zamanı öldürülüb.

scroll top