» » Dövlət Toxum Fondu iri siloslar almaq istəyir

Dövlət Toxum Fondu iri siloslar almaq istəyir

Kənd Təsərrüfatı Nazirliyi tabeliyində olan Dövlət Toxum Fondu 5 ədəd 500 tonluq və 5 ədəd 1000 tonluq silosların alınıb quraşdırılması xidmətinin satın alınması üçün açıq tender elan edib.

ucarliyiq.biz-in dövrü mətbuata istinadən verdiyi məlumata görə, tender bir lot üzrə keçirilir və iştirak haqqı 150 manat təşkil edir.

İddiaçılar tenderdə iştirak etmək üçün zəruri sənədlərini 11 avqust saat 17:00-dək, tender təklifi və bank zəmanətini isə 21 avqust saat 17:00-a qədər Bakı şəhəri, Üzeyir Hacıbəyov küçəsi,80-də yerləşən Kənd Təsərrüfatı Nazirliyinə təqdim etməlidirlər.

İddiaçıların təklifləri 22 avqust saat 11:00-da göstərilən ünvanda açılacaq.

Interesting facts scroll top