» » SKMF İsmayıllıda sahibkarlardan investisiya layihələrinin qəbuluna başlayıb

SKMF İsmayıllıda sahibkarlardan investisiya layihələrinin qəbuluna başlayıb


İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu (SKMF) İsmayıllı rayonunda sahibkarlardan prioritet hesab olunan sahələr üzrə investisiya layihələrinin qəbuluna başlayıb.

“Report” nazirliyə istinadən xəbər verir ki, fond iş adamlarından intensiv bağçılıq, tərəvəzçilik, cins heyvandarlıq və arıçılıq təsərrüfatlarının, pendir istehsalı müəssisəsinin və otelin yaradılması istiqamətlərində investisiya layihələrinin maliyyələşdirilməsi üçün təkliflərin qəbulu məqsədəuyğun hesab edib.

Sahibkarlar müvəkkil kredit təşkilatları vasitəsilə SKMF-yə müraciət edə bilərlər.

Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Abbas Mirzə Şərifzadə küçəsi, 172

Telefon: (012) 434-74-29

Faks: (012) 432-37-17

e-poçt: info@anfes.gov.az

Interesting facts scroll top