» » Bakıda bir neçə marşrut xəttinin avtobusunda nöqsanlar aşkarlanıb

Bakıda bir neçə marşrut xəttinin avtobusunda nöqsanlar aşkarlanıb


Bakı Nəqliyyat Agentliyi (BNA) müntəzəm sərnişindaşıma ilə məşğul olan hüquqi və fiziki şəxslər qarşısında qoyduğu tələblərin yoxlanılması məqsədilə marşrut xətləri üzrə montitorinq keçirib.

BNA-dan ucarliyiq.biza daxil olan məlumata görə, son bir həftədə keçirilən növbəti belə monitorinqlərin nəticəsi olaraq, qoyulan tələblərin pozulması hallarına yol verən daşıyıcı və sürücülərə qarşı ciddi cəza tədbirləri görülüb.

"15 nömrəli marşrut xətti üzrə hərəkət edən 10-TF-686 DQN-li avtobusun istismara tam yararsız olduğu halda reysə buraxıldığı müəyyən edilib. Nəqliyyat vasitəsi sonuncu dayanacaqda marşrut xəttindən kənarlaşdırılıb, daşıyıcı və sürücü Agentliyə çağırılaraq izahatları alınıb. Əsaslı təmir edilənədək avtobusun xəttə buraxılmasına qadağa qoyulub. Daşıyıcıya sonuncu xəbərdarlıq edilməklə bildirilib ki, bele halların təkrarlanacağı təqdirdə Agentlik tərəfindən daha sərt tədbirlər görüləcək.

44 nömrəli marşrut xətti üzrə 90-UN-516 DQN-li avtobusun ön şüşəsinin qırıq vəziyyətdə idarə edildiyi müəyyən edilib. Nəqliyyat vasitəsi xətdən kənarlaşdırılıb. Agentliyə çağırılaraq izahatı alınan daşıyıcı söz verib ki, nöqsan qısa vaxtdan aradan qaldırılacaq və analoji halların təkrarlanmaması üçün zəruri işlər görüləcək.

173 nömrəli marşrut xətti üzrə 10-TF-428 DQN-li avtobusun sürücüsü Azər Abışov Koroğlu Nəqliyyat Mübadilə Mərkəzində dayanacaqdan kənar saxlama hallına yol verib. Sürücü sürücü və daşıyıcı Agentliyə çağırılıb, izahatları alınıb və sonuncu dəfə xəbərdarlıq olunub. Bir daha bele halların baş verəcəyi təqdirdə Agentlik tərəfindən barələrində ciddi tədbirlər görüləcəyi diqqətə çatdırılıb.

Bakı Nəqliyyat Agentliyi bir daha bəyan edir ki, qısa vaxt ərzində müasir tələblərə uyğun istehsalat bazasınıa malik olmayan, nəqliyyat vasitələri texniki cəhətdən saz vəziyyətə gətirməyən və peşəkar sürücü bazasını formalaşdırmayan daşıyıcılara qarşı səlahiyyətləri çərçivəsində ən sərt tədbirlərin görülməsini davam etdirəcək", - deyə məlumatda qeyd edilib.

Interesting facts scroll top