» » Vergilər Nazirliyi “ASAN xidmət”lə əməkdaşlığa dair memorandum imzalayıb

Vergilər Nazirliyi “ASAN xidmət”lə əməkdaşlığa dair memorandum imzalayıb

Vergilər Nazirliyi “ASAN xidmət”lə əməkdaşlığa dair memorandum imzalayıb
© Report.az

Bu gün Vergilər Nazirliyinin (VN) Tədris Mərkəzində "ASAN" könüllülərinə sertifikatların təqdim edilməsi ilə bağlı tədbir keçirilib.

“Report” nazirliyə istinadən xəbər verir ki, Tədris Mərkəzinin rəisi Əli Həsənov tədbir iştirakçılarını salamlayaraq bildirib ki, VN insan resurslarının idarə edilməsi, kadr hazırlığı və ixtisasartırma, işə qəbul prosesinin şəffaflaşdırılması, peşə etikasına əməletmə səviyyəsinin yüksəldilməsi, idarəetmə sisteminin elektronlaşdırılması, vergi orqanlarının yüksək hazırlıqlı, təşəbbüskar, innovativ yeniliklərə meyilli kadrlar hesabına komplektləşdirilməsi yolu ilə vergi inzibatçılığının daha da təkmilləşdirilməsi istiqamətində qarşıya qoyulmuş vəzifələrin icrası ilə bağlı işləri davam etdirir.

Bu işlərin davamı olaraq VN ilə Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi arasında “ASAN” könüllülərinin istehsalat təcrübəsi keçmələrinə dair ötən il iyulun 28-də müqavilə imzalanıb. Müqaviləyə əsasən, 2017-ci ilin ilk 6 ayı ərzində “ASAN xidmət” mərkəzlərinə müqavilə əsasında cəlb edilmiş 30 nəfər “ASAN” könüllüsünün dövlət vergi orqanlarında istehsalat təcrübəsi keçməsi təmin edilib. Bu dövr ərzində “ASAN” könüllüləri vergi orqanlarında təcrübə keçərək Azərbaycanda vergi orqanlarının fəaliyyət istiqamətləri və bu orqanlarda mövcud olan təcrübə ilə yaxından tanış olublar. Sonra “ASAN” könüllülərə VN-dı istehsalat təcrübəsi keçmələri barədə sertifikatlar təqdim edilib.

Mərasimin sonunda VN ilə Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi arasında gələcək əməkdaşlığa dair memorandum imzalanıb. Memorandumu Ə. Həsənov və agentliyin sədr müavini Ülvi Mehdiyev imzalayıblar.

scroll top