» » Rusiyada Gürcüstanla münasibətlərin bərpası üçün parlament qrupu yaradılacaq

Rusiyada Gürcüstanla münasibətlərin bərpası üçün parlament qrupu yaradılacaq

Rusiyada Gürcüstanla münasibətlərin bərpası üçün parlament qrupu yaradılacaq

Rusiya Dövlət Dumasında Rusiya-Gürcüstan münasibətlərinin bərpası üzrə qeyri-rəsmi işçi qrupu yaradılacaq.

ucarliyiq.biz TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya Dövlət Dumasının MDB, Avrasiyaya inteqrasiya və həmvətənlərlə iş üzrə Komitəsinin rəhbəri Leonid Kalaşnikov Gürcüstan parlamentinin nümayəndələri ilə görüşün yekununda məlumat verib.

L.Kalaşnikov Gürcüstan tərəfinin hələlik rəsmi işçi qrupunun yaradılmasına hazır olmadığını qeyd edib.

Onun sözlərinə görə, görüş zamanı iki ölkə arasında viza rejiminin sadələşdirilməsi məsələsi, eləcə də diplomatik əlaqələrin bərpası müzakirə edilib.

Qeyd edək ki, Gürcüstan parlamentarilərinin cari səfəri son 10 ildə ilk olub. Nümayəndə heyətinin tərkibinə "Gürcüstan vətənpərvərləri Alyansı" parlament fraksiyasının sədri Giorgi Lomiya, bu fraksiyanın üzvü Ada Marşaniya və Gürcüstan parlamentinin Hüquqi Məsələlər Komitəsinin sədr müavini Nato Çxeidze daxildir.

scroll top