» » Qətər boykotlara baxmayaraq OPEC anlaşmasına sadiq qalacağını bildirib

Qətər boykotlara baxmayaraq OPEC anlaşmasına sadiq qalacağını bildirib


Qətər ötən ilin dekabrında razılaşdırılan və bu ilin may ayında müddəti 9 ay uzadılan OPEC və ona üzv olmayan neft hasil edən ölkələrin hasilatı azaltmaq barədə anlaşması çərçivəsində üzərinə götürdüyü öhdəliyinə əməl edəcəyini bildirib.

ucarliyiq.biz RİA "Novosti" agentliyinə istinadən xəbər verir ki, bu barədə məlumatı Rusiya energetika naziri Aleksandr Novak qətərli həmkarı Məhəmməd bin Saleh as-Səda ilə XXII Dünya Neft Konqresi zamanı görüşündən sonra verib.

Rusiyalı nazirin sözlərinə görə, əs-Səda Qətərin anlaşmaya sadiq qalacağını deyib və burda heç bir risk görmədiyini bildirib.

Qeyd edək ki, bu ilin iyun ayının 5-də Misir, Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri və Bəhreyn Qətərlə diplomatik münasibətləri kəsmək qərarı alıblar. Daha sonra onlara Yəmən, Liviya, Mavritaniya, Komor adaları, Maldivlər və Mavrikiy qoşulub.

scroll top