» » Dövlət istiqrazları üzrə hərracda tələb təklifi 3,8 dəfə üstələyib

Dövlət istiqrazları üzrə hərracda tələb təklifi 3,8 dəfə üstələyib

Dövlət istiqrazları üzrə hərracda tələb təklifi 3,8 dəfə üstələyib
© Report.az

Bu gün Bakı Fond Birjasında Maliyyə Nazirliyinin AZN nominallı, AZ0104016545 ISIN kodlu, 364 gün tədavül müddətli, 20 mln. manatlıq qısamüddətli dövlət istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.

“Report” BFB-yə istinadən xəbər verir ki, hərraca 13 investor 28 sifariş təqdim edib.

Sifarişlərin nominal üzrə ümumi məbləği 76 617 100 manat təşkil edib. Sifarişlər 86,3462 manat (15,8999%) - 90,9317 manat (10,0275%) qiymət intervalında təqdim edilib. Hərracın yekunları üzrə bağlanılmış əqdlərin kəsmə qiyməti 90,139 manat (11%), orta ölçülmüş qiyməti 90,2626 manat (10,8472%) təşkil etdib.

İstiqrazların nominal qiymət üzrə reallaşdırılmış həcmi 20 mln. manat olub.

Qiymətli kağızların ödəmə tarixi 10 iyul 2018-ci ildir.

scroll top