» » Bakıda Koreyanın əczaçılıq şirkətləri ilə görüş keçiriləcək

Bakıda Koreyanın əczaçılıq şirkətləri ilə görüş keçiriləcək


Azərbaycan və Koreya arasında diplomatik münasibətlərin qurulmasının 25-ci ildönümü münasibətilə Bakıda "Əczaçılıq sektorunda ikitərəfli iqtisadi əməkdaşlığın gücləndirilməsi"nə həsr olunmuş ikitərəfli işgüzar görüş keçiriləcək.

ucarliyiq.biz-in rəsmi mətbuata istinadən verdiyi məlumata görə, Koreyanın Azərbaycandakı səfirliyinin ticarət şöbəsinin təşkilatçılığı keçiriləcək bu toplantı iyulun 18-də baş tutacaq.

Tədbirdə Koreyanın 8 istehsalçı şirkəti - "Intraros Co. Ltd.", "Keum Cheong Pharma Co. Ltd", "KKC Corporation" (Ilyang Pharm), "Tai Guk Pharm Co. Ltd.", "Dai Han Pharm Co. Ltd.", "Bc World Pharm Co. Ltd.", "Huons Global Co. Ltd." və "Aju Pharm Co. Ltd."-nin nümayəndələri iştirak edəcəklər.

Tədbirə yerli şirkət rəhbərləri və iş adamları dəvət olunur.

Interesting facts scroll top